Azərbaycanda informasiya təhlükəsizliyi mövzusunda yarış keçiriləcək

CTF-press_01

Hazırda virtual mühitə dair əsas məsələlərdən biri də informasiya təhlükəsizliyidir. İKT-nin dünyada və ölkədə inkişafı təhlükəsizlik məsələsinin gün keçdikcə aktuallaşmasına səbəb olur. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda informasiya təhlükəsizliyi mövzusunda, “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqə keçiriləcək.

Təşkilat Komitəsindən verilən məlumata əsasən, müsabiqənin əsas məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potenasialının artırılmasıdır. Müsabiqə informasiya təhlükəsizliyi sahəsinə daxil olan müxtəlif mövzuları əhatə edəcək. Belə ki, müsabiqədə iştirakçıların proqramlaşdırma sahəsi, web təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələri sınaqdan keçiriləcək.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Təhlükəsizlik Mərkəzinin, R.I.S.K və Delta Telecom şirkətinin dəstəyi ilə reallaşacaq müsabiqə cari ilin 4-6 aprel tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə 13 mart 2014-cü ildə start veriləcək.

Müsabiqənin Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Twitter rəsmi heşteqimiz: #HackathonAze


ctf

RƏSMİ DƏSTƏK



ETM

SPONSOR


TEXNİKİ DƏSTƏK


TƏŞKİLATÇI

İlk Addımlar

PARTNYORLAR

NEATS

YER Hostinq

List of Hackathons