Qaydalar
1. Qeydiyyat- İddiaçıların e-poçt ünvanlarına təsdiq məktubu göndəriləcək.
- Qeydiyyatını təsdiq etmiş iddiaçı iştirakçı hesab olunur.
- Qeydiyyatdan iştirakçılar fərdi və maksimum 3 nəfərdən ibarət komanda şəklində keçə bilər.
- Bir iştirakçı bir neçə komandada ola bilməz
- Yarış başlayan günü iştirakçıların e-poçt ünvanlarına “yarışın tapşırıqları” ilə bağlı məlumat göndəriləcək.
- Yarış elan olunduğu gündən başlayana qədər qeydiyyat aktiv olacaq.
- Yarış başlayan gün qeydiyyat bağlanacaq.
- Digər saytlara, sistemlərə hücum edən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi üzrə məsuliyyət daşıyır.
- İştirakçının yarış müddətində vurduğu zərər, istifadə etdiyi üsullar və aidiyyatı olan məlumatları digər şəxslərə ötürməsi qadağandır.
- Qalib, yarış müddətində ən çox xal toplanış iştirakçılar sayılır.
- Mükafatlar barədə məlumat saytın müvafiq bölməsində qeyd olunacaq.
- İştirakçılar haqqında məlumatlar “Hackathon Azerbaijan” təşkilatı tətəfindən qorunub saxlanılacaq.
- Qalibin istəyindən asılı olaraq onun adı ictimaiyyətə açıqlanmaya bilər. Lakin hədiyyələrin təqdim olunacağı final mərasiminə şəxsin özünün və ya nümayəndəsinin gəlməsi vacibdir.
– Yarışda qeydiyyatdan keçən iştirakçılar yuxarıda qeyd olunan bütün qaydaları qəbul etmiş sayılırlar.
- Qaydaları pozan iştirakçılar yarışmadan kənarlaşdırılacaq.
– Təşkilatçılar qaydalarda istənilən zaman dəyişikliklər edə bilərlər. Bu halda iştirakçılara e-poçt vasitəsi ilə məlumat göndəriləcək.









