Haqqımızda

Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir layihədir. Layihənin əsas məqsədi yerli proqramçıların, şəbəkə inzibatçılarının və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.

Hackathon Azərbaycan layihəsi çərçivəsində aşağıdakı istiqamətlərdə yarışmalar və olimpiadaların təşkili nəzərdə tutulur:

  • Windows Mobile üçün proqramlaşdırma
  • Android proqramlaşdırma
  • Web proqramlaşdırma
  • Web Təhlükəsizlik
  • İnformasiya Təhlükəsizliyi
  • Chrome üçün application və extension yazılımı
  • Google API

Təşkil olunacaq yarışma və olimpiadalarda qaliblərə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

 

Twitter rəsmi heşteqimiz: #HackathonAze


ctf

RƏSMİ DƏSTƏK



ETM

SPONSOR


TEXNİKİ DƏSTƏK


TƏŞKİLATÇI

İlk Addımlar

PARTNYORLAR

NEATS

YER Hostinq

List of Hackathons