“Capture The Flag” müsabiqəsinin final mərasimində informasiya təhlükəsizliyi sahəsinin “ən yaxşı”ları müəyyənləşəcək

ctf-press-03

 

2014-cü ilin 04-06 aprel tarixlərində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində “Capture The Flag” müsabiqəsi yekunlaşıb. Müsabiqəyə, həmçinin, RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətləri də dəstək göstərməkdədirlər.

İnformasiya təhlükəsizliyi mövzusunda keçirilən bu dəfəki yarışmada ümumilikdə 100-ə yaxın komanda iştirak edib. Yarış iştirakçıları yarışda proqramlaşdırma sahəsi, web təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələrini sınaqdan keçiriblər. 5 komanda rəqiblərindən fərqlənərək qaliblər siyahısına düşməyə haqq qazanıb.

Müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır.

Qaliblərin adlarının açıqlanacağı final mərasimi 9 aprel 2014-cü il tarixində nəzərdə tutulub.

Hackathon – hacker neologiyasıdır. Proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Twitter rəsmi heşteqimiz: #HackathonAze


ctf

RƏSMİ DƏSTƏK

/a>

ETM

SPONSOR


TEXNİKİ DƏSTƏK


TƏŞKİLATÇI

İlk Addımlar

PARTNYORLAR

NEATS

YER Hostinq

List of Hackathons