CTF – Yarışın keçirilməsi

Capture the flag(CTF) yarışı növbəti formada keçiriləcək.

- Qeydiyyatdan keçmiş bütün komandaların öz unikal ID nömrələri var.

- Yarış başlayan kimi komandalarin qeyd etdikləri e-poçt ünvanlarına CTF-in 8 tapşırığı göndəriləcək.

- Tapşırıqları həll etdikcə komandalar onları e-poçt ilə geri göndərməlidirlər. E-poçt formatı belə olmalıdır.

Komandanın ID nömrəsi

Tapşırığın adı

Tapşırığın həlli (Flag)

- Həll düzgün olunduqda həllin düzgünlüyü barədə təsdiq məktubu gələcək.

- Həll səhv olduqda onu həll etməyə daha şanslar veriləcək. Hər bir tapşırıq üçün maksimum 3 cəhd göndərmək olar.

- Tapşırığa düzgün cavab tapmış komandalar reytinq cədvəlində sıralanacaqlar.

- Ən çox tapşırıq həll etmiş komandalar daha yuxarı reytinqdə olacaqlar.

- Eyni sayda tapşırıq etmiş komandalar vaxt cədvəlinə görə reytinqdə sıralanacaqlar. Tapşırığı tez həll etmiş komanda daha yüksək reytinqdə olacaq.

- Reytinqdə yüksək nəticə əldə etmiş 5 komanda qaliblər sırasında olacaq.

 

Twitter rəsmi heşteqimiz: #HackathonAze


ctf

RƏSMİ DƏSTƏK



ETM

SPONSOR


TEXNİKİ DƏSTƏK


TƏŞKİLATÇI

İlk Addımlar

PARTNYORLAR

NEATS

YER Hostinq

List of Hackathons