İnformasiya təhlükəsizliyi mövzusunda keçirilən müsabiqəyə qeydiyyat yekunlaşıb

CTF-press_02

«Hackathon Azerbaijan»nın informasiya təhlükəsizliyi mövzusunda rellaşdırdığı müsabiqənin qeydiyyat mərhələsi yekunlaşıb. Bu gündən etibarən müsabiqə iştirakçıları arasında yarışmanın əsas mərhələsinə start verilib. 04.04.2014-cü il tarixində gecə saat 04:04 radələrində start verilən yarışmada 100-ə yaxın komanda iştirak edir.

Müsabiqə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Təhlükəsizlik Mərkəzinin, Yüksək Texnologiyalar Parkının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, R.I.S.K və Delta Telecom şirkətinin dəstəyi ilə reallaşdırılır.

6 aprel tarixinədək Capture the flag(CTF) formatında keçirilən müsabiqədə verilən tapşırıqları düzgün cavablandırmış komandaların reytinqi müəyyənləşdırıləcək. Ən çox tapşırıq həll etmiş komandalar daha yuxarı reytinq malik olacaqlar. Eyni sayda tapşırıq etmiş komandalar vaxt cədvəlinə əsasən fərqləndiriləcəklər. Yüksək nəticə əldə etmiş 5 komanda qaliblər sıraına salınacaq.

Müsabiqənin əsas məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potenasialının artırılmasıdır. Müsabiqə informasiya təhlükəsizliyi sahəsinə daxil olan müxtəlif mövzuları əhatə edəcək. Belə ki, müsabiqədə iştirakçıların proqramlaşdırma sahəsi, web təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələri sınaqdan keçiriləcək.

Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Twitter rəsmi heşteqimiz: #HackathonAze


ctf

RƏSMİ DƏSTƏK



ETM

SPONSOR


TEXNİKİ DƏSTƏK


TƏŞKİLATÇI

İlk Addımlar

PARTNYORLAR

NEATS

YER Hostinq

List of Hackathons